Topaz Premyer Liqasının XXVI turunda “Sumqayıt”a uduzan “Rəvan” bu azmış kimi, aparıcı oyunçularından birinin zədələnməsinə məyus olub. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin təcrübəli müdafiəçisi Saşa Yunisoğlu sıradan çıxıb.
Matçın əvvəlindəcə sol budundan xəsarət alan millimizin sabiq üzvü 30-cu dəqiqədə Nuran Qurbanovla əvəzlənmək məcburiyyətində qalıb.
Əməkdaşımızla söhbətində zədəsi haqda danışan Saşa sıraya dönəcəyi vaxtı açıqlayıb: “Buduma zərbə dəydi, ayağımı yerə qoya bilmirdim. Ayağım şişib. Xoşbəxtlikdən ciddi bir şey yoxdu. Amma zədəmi tam sağatmaq üçün 2 həftə vaxt lazımdı”.
Qeyd edək ki, “Rəvan” çempionatın növbəti turunda “Qarabağ”ın qonağı olacaq.