[b]Azərbaycanda danışılmış oyunlar: 22 futbolçu, 1 hakim... [/b]
22.11.2016 - 13:37
[b]Azərbaycanda danışılmış oyunlar: 22 futbolçu, 1 hakim... [/b]

UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-ya göndərdiyi məktubla bağlı araşdırmaların bəzi təfərrüatları açıqlanıb. Apasport.az saytının əldə etdiyi məlumata görə, danışılmış oyunlarda adları hallananlar I divizion təmsilçiləridir.

 

Siyahıda təxminən 10 qarşılaşma var. Onlardan biri “Göyəzən” – “Şahdağ” qarşılaşmasıdı. VII turun 1:1 hesabı ilə yekunlaşan görüşünün nəticəsinin öncədən razılaşdırıldığı üzə çıxıb.

 

Bu 2 klubdan başqa “Rəvan”, “Şərurspor” və “Energetik”in də adı danışılmış oyunlarda iştirakda hallanır. Bundan başqa, danışılmış oyunlarda rolu olan şəxslərlə bağlı araşdırmalar da aparılır ki, burada 22 futbolçu, 1 klub rəsmisi və 1 hakimin adı qara siyahıya düşüb.