[b]Azərbaycandan gedən kimi “Monako” müqaviləyə çağırdı[/b]
10.06.2016 - 16:57
[b]Azərbaycandan gedən kimi “Monako” müqaviləyə çağırdı[/b]

Bakıda keçirilmiş U-17-lərin Avropa çempionatında özünü yaxşı tərəfdən göstərən Portuqaliya yığmasının futbolçusu Ruben Vinaqre ilk peşəkar müqaviləsinə qol çəkib. Apasport.az saytının məlumatına görə, Vinaqrenin oyunlarını izləyən “Monako”nun baş məşqçisi Leonardu Jardim onun çıxışından razı qalıb.

 

Portuqaliyalı çalışdırıcı rəhbərliklə söhbətində Vinaqrenin Azərbaycandakı yarışda özünü yaxşı tərəfdən göstərdiyini və onu öz komandasına cəlb etmək istədiyini bildirib. Nəticədə fransızlar gənc oyunçunun aşağı yaş qrupundan əsas komandaya cəlb olunmasına qərar veriblər.

 

Belə ki, Vinaqre Bakıdan qayıdan kimi, klubun düşərgəsinə dəvət edilib. Karyerası ərzində ilk dəfə peşəkar müqaviləyə qol çəkən futbolçu “Monako” ilə 3 illik sözləşmə imzalayıb.

 

Qeyd edək ki, Portuqaliya U-17-lərin Avropa çempionatının finalında İspaniyanı məğlub edərək, çempion adını qazanıb.