[b]Azərbaycanı bəyənmədi, Superliqa klubuna keçdi[/b]
26.12.2016 - 15:57
[b]Azərbaycanı bəyənmədi, Superliqa klubuna keçdi[/b]

Ukrayna millisinin hücumçusu Yevgeni Seleznyov 3-cü dəfə Donetsk “Şaxtyor”undan ayrılıb. Apasport.az xəbər verir ki, bu barədə məlumatı klub rəsmi saytı vasitəsilə yayıb.

 

Xəbərdə hətta Seleznyovun yeni komandasının adı da bildirilib. Belə ki, 31 yaşlı forvardın yeni ildən karyerasını “Karabükspor”da davam etdiriləcəyi bəyan edilib. O, Türkiyə klubu ilə 2,5 illik müqaviləni razılaşdırıb. “Transfer pəncərəsi” açılan kimi, tərəflər münasibətləri rəsmiləşdirəcəklər.

 

Yayda “Kuban”dan ayrılan və bir müddət klubsuz qalan Yevgeni Seleznyovun həmin vaxt karyerasını Azərbaycanda davam etdirmək ehtimalı yaranmışdı. Lakin futbolçu ölkəmizə gəlməkdən imtina edərək, 3-cü dəfə “Şaxtyor”un formasını geyinmək qərarına gəlmişdi. Buna baxmayaraq, “Şaxtyor”dakı karyerası bu dəfə uğursuz alınan forvard Superliqanın aşağı pillələrində qərarlaşan “Karabükspor”a keçməli olub.

 

Qeyd edək ki, 2002-2009 və 2011-2012-ci illərdə də “Şaxtyor”da çıxış edən Yevgeni Seleznyov cari mövsümdə cəmi 7 matçda forma geyinib və 2 qola imza atıb.