[b]Azərbaycanla oyundan öncə qardaşı öldü [/b]
22.09.2016 - 16:34
[b]Azərbaycanla oyundan öncə qardaşı öldü [/b]

Futzal üzrə dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində bu gecə yığmamızla üz-üzə gələcək Tailand millisi şok xəbərə üzülüb. Apasport.az saytı bu ölkənin mətbuatına istinadən xəbər verir ki, tailandlıların turnirdəki ən məhsuldar (4 qol) oyunçusu Jiravat Sornviçianın kiçik qardaşı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

 

Nəticədə Tailand Futzal Federasiyasının rəhbərliyi Jiravatın yığmanın düşərgəsini tərk etməsinə icazə verib.

 

Bununla bağlı açıqlama verən Tailand millisinin ispan baş məşqçisi Migel Rodriqo məyusluğunu gizlətməyib. O, Azərbaycanla oyunda Jiravat Sornviçiana görə ikiqat əzmlə mübarizə aparacaqlarını bildirib: “Biz bir ailəyik. Qardaşının ölümünə görə Jiravat hansı hissləri keçirirsə, biz də həmin hissləri yaşayırıq. Hamımız bu itkiyə görə məyusuq. Lakin biz Azərbaycanla matçı qələbə ilə başa vurmalıyıq. İndi qələbəni daha çox istəyirik. Meydanda ölənə qədər mübarizə aparacağıq. Əgər qalib gəlsək, bu, bizim üçün tarixi qələbə olacaq. Jiravatı da sevindirmiş olacağıq”.

 

Qeyd edək ki, Tailand yığmasının millimizlə görüşü gecə saat 02:30-da başlayacaq.