[b]Azərbaycanlı futbolçu qazaxlara da lazım olmadı[/b]
02.02.2017 - 19:54
[b]Azərbaycanlı futbolçu qazaxlara da lazım olmadı[/b]

Azərbaycanlı futbolçu Samir Məsimov “Okjepets”ə lazım olmayıb. Apasport.az xəbər verir ki, bu barədə Qazaxıstan klubu rəsmi saytından açıqlama verib.

 

Bildirilib ki, komanda ilə iki təlim-məşq toplanışında olan yarımmüdafiəçi ilə müqavilə imzalanmayıb.

 

Onunla bərabər baxışda olan Vadim Tomas da qazaxlara lazım olmayıb.

 

Qeyd edək ki, “Neftçi”nin keçmiş üzvü ötən ilin fevral ayında Sloveniyanın “Domjale” klubuna keçsə də, bu komandada heyətə düşməkdə çətinlik çəkirdi.