[b]Azərbaycanlı futbolçu Yunanıstan klubundan ayrıldı[/b]
04.05.2017 - 15:41
[b]Azərbaycanlı futbolçu Yunanıstan klubundan ayrıldı[/b]

Karyerasını Yunanıstanda davam etdirən Amit Quluzadə komandası AEL-lə yollarını ayırıb. Apasport.az saytı xəbər verir ki, bu barədə yarımmüdafiəçi özü feysbuk səhifəsi vasitəsilə məlumat yayıb.

 

Quluzadə komanda ilə qarşılıqlı razılıq əsasında vidalaşdığını vurğulayıb: “Bu gün AEL-lə müqaviləmi ləğv etdirdim. Orda olduğum müddətdə mənə dəstək verən Larissa klubuna və azarkeşlərinə təşəkkür edirəm”.

 

Qeyd edək ki, Amit Quluzadə bu ilin yanvar ayında AEL-lə 2,5 illik müqavilə imzalamışdı.