[b]Azərbaycanlı futbolçunun dünya rekordu qırıldı[/b]
07.09.2016 - 17:47
[b]Azərbaycanlı futbolçunun dünya rekordu qırıldı[/b]

Dünya çempionatları tarixində yeni rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, qvatemalalı Karlos Ruis mundialların seçmə mərhələlərində ən çox qol vuran futbolçu ünvanına yiyələnib.

 

O, bunu DÇ-2018-in seçmə mərhələsinin Sent-Visent və Qrenadinlə matçda rəsmiləşdirib. 9:3 hesablı qələbəyə 5 qolla töhfəsini verən 37 yaşlı hücumçu matçdan sonra milli karyerasını başa vurduğunu açıqlayıb.

 

Ruis bu 5 qolla seçmə mərhələlərdəki hesabını 39 topa çatdırıb. Bu matçadək 34 qolu olan qvatemalalı İran yığmasının azərbaycanlı futbolçusu Əli Daeiyə məxsus rekordu arxada qoyub. Sonuncu DÇ-lərin seçmə oyunlarında 35 qol vurub.

 

Qeyd edək ki, Ruis rekord etsə də, yığması növbəti mərhələyə adlaya bilməyib.