[b]Azərbaycanlı futbolçuya Türkiyədə “atdılar”[/b]
07.04.2017 - 00:14
[b]Azərbaycanlı futbolçuya Türkiyədə “atdılar”[/b]

Azərbaycanlı futbolçu İlham Allahverdiyev Türkiyədə dələduzluğa məruz qalıb. Apasport.az saytının məlumatına görə, Türkiyə Həvəskarlar Liqası 10-cu qrupda mübarizə aparan “Çəngəlköyspor” klubunda çıxış edən oyunçu komanda yoldaşı tərəfindən aldadılıb.

 

“Ajansspor.com” saytında yer alan xəbərdə bildirilib ki, “Çəngəlköyspor”un 30 yaşlı təcrübəli oyunçusu Mustafa Taşkın komanda yoldaşları Burak Balaman və İlham Allahverdiyevdən 30 min türk lirəsi borc alıb.

 

Keçən həftənin cümə günü İstanbuldan ayrılan Mustafadan o vaxtdan bəri xəbər yoxdur. Kluba yaxın mənbələrdən əldə edilən məlumata görə, Taşkın uzun müddətdir totalizator aludəçisidir və futbol bəhslərinə pul qoyuluşu edir.

 

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan İlham “Çəngəlköyspor”dan əvvəl daha bir həvəskarlar liqası komandası “Bartınspor”da forma geyinib.