[b]Azərbaycanlı hakim-inspektor beynəlxalq oyuna təyinat aldı[/b]
18.03.2016 - 15:21
Azərbaycanlı hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb. Apasport.az saytının məlumatına görə, təmsilçimiz 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində iş başında olacaq.
O, Xorvatiya – Estoniya oyununun hakim-inspektoru təyin edilib. Xudiyevin hakimlərin oyununa qiymət verəcəyi matç martın 28-də keçiriləcək.
Qeyd edək ki, bu görüş Zapreşiç şəhərindəki “İnter” stadionunda baş tutacaq. Matç Bakı vaxtı ilə 22:00-da başlayacaq.
Mənbə: affa.az
0
0