[b]Azərbaycanlı hakimdən 5 sarı vərəqə[/b]
14.07.2016 - 16:15
[b]Azərbaycanlı hakimdən 5 sarı vərəqə[/b]

19 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsində 2-ci tura start verilib. Apasport.az saytının məlumatına görə, Almaniyadakı yarışda Azərbaycanın yeganə təmsilçisi olan FİFA referisi Əliyar Ağayev baş hakim kimi ilk matçına çıxıb.

 

İlk turda dördüncü hakim funksiyasını yerinə yetirən ədalət təmsilçimiz az öncə başa çatan İtaliya – Avstriya qarşılaşmasında fit çalıb. Bu görüş 1:1 hesabı ilə başa çatıb.

 

Ağayev bu qarşılaşmada 5 sarı vərəqə göstərib. 2 dəfə İtaliya millisini cəzalandıran referi avstriyalılara 3 xəbərdarlıq edib.