[b]Azərbaycanlı hakimə 3-cü təyinat[/b]
16.07.2016 - 16:50
[b]Azərbaycanlı hakimə 3-cü təyinat[/b]

Almaniyada keçirilən 19 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsində 3-cü turun təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, azərbaycanlı FİFA hakimi Əliyar Ağayev qrup mərhələsinin son günündə də iş başında olacaq.

 

Həmyerlimiz İngiltərə - Xorvatiya matçına təyinat alıb. O, bu matçın baş hakimi olacaq. İyulun 18-də baş tutacaq qarşılaşma Haydenheym şəhərində keçiriləcək.

 

Qeyd edək ki, Ağayev 1-ci turun Hollandiya – Xorvatiya oyununda dördüncü, 2-ci turun İtaliya – Avstriya matçında baş hakim olub.