Futzal üzrə Avropa çempionatının 1/4 final mərhələsinə yüksələn qapıçıların qurtarış siyahıları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin qolkiperi Rövşən Hüseynli mübarizəni davam etdirənlər arasında 1-ci pillədə qərarlaşıb.
Yığmamızın çərçivə qoruyucusu İtaliya (0:3) və Çexiya (6:5) ilə qarşılaşmalarda üst-üstə 29 “seyv” edib. O, bu göstərici ilə 1/4 finala yüksələn digər 7 komandanın əsas qapıçılarını arxada qoyur.
2-ci pillədə meydan sahibi Serbiyanın qapıçısı Miodraq Aksentiyeviç qərarlaşıb – 21. İtaliyalı Stefano Mammarella, ukraynalı Yevgeni İvanyak və ispaniyalı Pako Sedanonun hərəyə 19 “seyv”i var.
Qazaxıstanlı İqita və portuqaliyalı Vitor Huqo hərəyə 15 qurtarışla geridə qalır. 1/4 finalda millimizin rəqibi olan rusiyalıların əlcək sahibi Qustavo isə hamıdan aşağı göstəriciyə malikdi – 13.
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO