Bakının “İnter” klubunun futbolçularının olduğu mikroavtobus yanıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunda baş verib.
Belə ki, mikroavtobus magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qəfildən alışıb.
Məşqçi Zöhrab Mahmudov APA-ya bildirib ki, avtobusda olan 20 futbolçudan xəsarət alan olmayıb.
Mikroavtobusa tüstü dolan kimi futbolçular maşından düşürülüb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, yanğın söndürülüb.
"İnter"in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov apasport.az saytına hadisə ilə bağlı məlumat verib. O bildirib ki, həmin mikroavtobusda "İnter"in Xaçmazdakı filialında futbol öyrənən uşaqlar olub: "Rəhbərlik hadisə ilə bağlı maraqlanıb, hər şey qaydasındadı. Həmin mikroavtobus bizə məxsus deyil. Sadəcə, Xaçmazdakı filialımızda futbol öyrənən uşaqlar rayon mikroavtobusu ilə Bakıya oyuna gəlirdilər, yanğın da o vaxt olub".