Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları iki futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, Bakı klubları “Neftçi” və “İnter” 2017-ci ildə keçiriləcək ilk yarımfinal matçlarına itki ilə çıxacaq.
Sonuncular Fuad Bayramovun xidmətindən məhrum olub. “Kəpəz”lə səfər oyununda aldığı sarı vərəqə 2-ci olduğundan futbolçu “Qəbələ” ilə ilk oyunu buraxacaq.
“Neftçi” Eltun Yaqublunu itirib. “Zirə” ilə görüşdə aldığı xəbərdarlıq onun yarımfinalın ilk matçına yolunu bağlayıb. O, “Qarabağ”la ev görüşünü buraxacaq.
Qeyd edək ki, Renan Silva (“Kəpəz”) və Bəxtiyar Həsənəlizadə (“Sumqayit”) də 2-ci sarı vərəqəni alıb. Lakin onların komandaları mübarizəni dayandırdığı üçün futbolçular cəzalı duruma düşməyib.