[b]Bakıda AVRO-2020-yə həsr olunan seminar keçirilib[/b]
16.11.2016 - 13:53
[b]Bakıda AVRO-2020-yə həsr olunan seminar keçirilib[/b]

Bulvar Oteldə “Futbol matçları zamanı Təhlükəsizlik və Mühafizə məsələləri” üzrə seminar keçirilib. Apasport.az saytının məlumatına görə, UEFA-nın rəhbərliyi altında keçirilən seminar Bakıda 2020-ci ildə UEFA Avropa Çempionatının final mərhələsinin (EURO-2020) 4 oyunun keçirilməsinə hazırlıq məqsədi daşıyıb.

 

Seminarda Daxili İşlər Nazirliyinin əməkdaşları, Topaz Premyer Liqası və I Divizion klublarının mühafizə xidmətinin rəhbərləri, klublarda azarkeşlərlə əlaqələndirici şəxslər, fan-klub nümayəndələri, AFFA, PFL və AFFA-nın nəzdində olan stadionların əməkdaşları, Premyer Liqa oyunlarına təyinat alan AFFA nümayəndələri və Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının Yerli Təşkilat Komitəsinin nümayəndələri iştirak ediblər.

 

Mənbə: affa.az