[b]Bakıya gələcək daha bir yığmanın heyəti açıqlandı[/b]
22.04.2016 - 10:21
[b]Bakıya gələcək daha bir yığmanın heyəti açıqlandı[/b]

Gələn ay Bakıda baş tutacaq U-17-lərin Avropa çempionatına vəsiqə qazanan Bosniya və Herseqovina yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Sakib Malkoçeviçin açıqladığı ilkin siyahıda 24 futbolçu yer alıb.

 

Aprelin 27-də toplaşacaq komandada Bakıya gətiriləcək 18 oyunçu seçiləcək.

 

Bosniya və Herseqovina yığmasına daha çox “Sarayevo” klubundan futbolçu (7) çağırılıb: Tomas Dadiç (“Dinamo”, Zaqreb), Nermin Haydareviç, Edis Smayiç (hər ikisi “Sloboda”), Saşa Periç, Stefan Kovaç, Filip Bojiç (hamısı “Srvena Zvezda”), Nedim Hadziç, Şevkiya Resiç, Demirel Veladziç, Ergin Mehulyiç, Riyad Sadiku, Amar Raqipoviç, Əhməd Bulyubaşiç (hamısı “Sarayevo”), Filip Vasily (“Lokomotiv”, Zaqreb), Benyamin Muşiya, Amar Beşireviç, Amir Veliç, Anel Şabanadzoviç (“Jelezniçar”), Yasmin Çelikoviç (“Riyeka”), Nikola Vuletiç (“Hayduk”), Milan Miriç (“Partizan”), Luka Knejeviç (“Şiroki Briyeq”), Benyamin Hadjiç (“Bayern”), Filip Duymoviç (“Zrinjski”).

 

Qeyd edək ki, Avropa çempionatı 5-21 may aralığında keçiriləcək.