17 yaşadək futbolçulardan ibarət yığmaların Avropa çempionatında iştirak edəcək Fransa yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, “xoruzlar”ın baş məşqçisi Bernard Diomed Bakıda keçiriləcək yarışöncəsi 25 nəfərlik ilkin heyət tərtib edib.
C qrupunda Danimarka, İngiltərə və İsveç yığmaları birlikdə mübarizə aparacaq fransızlar aprelin 26-da toplanışa start verəcəklər. Azərbaycana gətiriləcək yekun heyət, yəni 18 futbolçunun adı isə ayın 30-da açıqlanacaq.
Qapıçılar: Alban Lafon (“Tuluza”), Yann le Mur (“Lill”), Qaetan Pussin (“Bordo”)
Müdafiəçilər: Tomas Basila (“Nant”), Loik Bessile, Pol Farqeas (hər ikisi “Tuluza”) Mahamadu Dembele, Danaksel Zaqadu (hər ikisi PSJ), Bubakar Kamara (“Marsel”), Malanq Sarr (“Nitsa”), Yann Valeri (“Sauthempton”, İngiltərə)
Yarımmüdafiəçilər: Antoin Bernede, Bubakari Sumar (hər ikisi PSJ), Mikael Kuisanse, Aurelien Nquyamba (hər ikisi “Nansi”), Rafik Quitan (“Le Havr”) Rauf Mroivili (“Marsel”), Hamza Rafia (“Lion”)
Hücumçular: Hakim Əl-Mokeddem (“Tuluza”), İmad Faraj (“Lill”), Yassin Fortun (“Arsenal”, İngiltərə), Lamine Qezali (“Sent-Etyenn”), Florian Qonzales (“Oser”), Amine Karraui (“Monpelye”), Ervin Taha (“Bordo”)
Qeyd edək ki, mayın 5-də start götürəcək Avropa çempionatı ayın 21-də yekunlaşacaq.