[b]Balotelli qərarını verdi[/b]
26.06.2017 - 00:10
[b]Balotelli qərarını verdi[/b]

İtaliyalı hücumçu Mario Balotellinin gələcək karyerasına aydınlıq gəlib. Apasport.az saytını məlumatına görə, oyunçu daha bir mövsüm “Nitsa”da qalacaq.

 

Yay fasiləsi ilə birlikdə azad agent statusu qazanan və bir çox klubların hədəfində olan “forvard” seçimini yenə farnsız klubnun xeyrinə edib.

 

O, “Nitsa” ilə bir illik anlaşmaya imza atıb.

 

Qeyd edək ki, ötən mövsüm Fransa təmsilçisi ilə 23 oyunda meydana çıxan Balotelli 15 qola imza atıb.