“Qəbələ”nin fransalı hücumçusu Baqali Dabo ölkəsinin mətbuatına müsahibə verib. Apasport.az-ın məlumatına görə, peuple-vert.fr saytına danışan forvard Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün keçiriləcək “Sent-Etyen” – “Qəbələ” matçı, həmçinin digər məqamlar haqda fikirlərini bölüşüb.
- Əvvəlcə özünüzü təqdim edərdiniz...
- Karyeram “Red Star”ın gənclər komandasında başlamışam. Ardınca “Loryan”, daha sonra isə “İvri” klubu ilə müqavilə bağladım. Sonra “Kretey”ə yollandım. Fasilələrlə 2 dəfə bu komandanın uğurları üçün çalışdım.
- Fransız futbolçunun Azərbaycan çempionatına yollanmasına nadir hallarda rast gəlinir. Niyə bu cür seçim etdiniz?
- Yeni bir şey axtarışında idim. Həmin anda “Qəbələ”dən təklif gəldi, qəbul etdim. Seçimimdə komandanın Avropa Liqasında oynaması rol oynadı.
- Avroliqanın qrup mərhələsində bu gün “Sent-Etyen”lə keçiriləcək matçı buraxacaqsız. Zədəniz çox ciddidi?
- Bəli, əzələmdən zədələnmişəm. 5 millimetrlik yırtıq əmələ gəlib. Azərbaycan çempionatının ötən turunda zədə aldım.
- Azərbaycandakı karyeranız uğurlu alınır. Sizin yoxluğunuzda “Qəbələ”nin işi çətin olmayacaq?
- Düşünürəm ki, xeyr. Çünki yaxşı heyətimiz var. Bu mənada, mənim yoxluğum o qədər də hiss olunmayacaq.
- “Qəbələ” Fransaya özünə inanaraq gəlib, yoxsa əksinə?
- “Qəbələ” üçün yaxşı oyun olacağına əminəm. Əfsuslar olsun ki, bu gün meydana çıxmayacam.
- “Sent-Etyen”lə Bakıdakı qarşılaşmada forma geyinəcəksizmi?
- Hələ bilmirəm. Bu, zədəmin sağalmasından asılıdı.
- Bugünkü görüşlə bağlı proqnozunuz necədi?
- Məncə, hesab 1:1 olacaq.