“Qızıl buts” mükafatı uğrunda mübarizənin liderləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa ölkələrinin yüksək liqalarında ən çox qol vuran futbolçu üçün təsis olunan mükafata iddialıların siyahısına hələlik yaz-payız sistemi ilə keçirilən çempionatların təmsilçiləri başçılıq edir.
1-ci pilləyə 3 futbolçu şərikdi. “Kalev”in heyətində Estoniya çempionatında 21 qol vuran Yevgeni Kabayev qərarlaşıb. BATE-dən 14 top vuran belaruslu Vitali Rodionovun da hesabında eyni qədər - 21 xal var. “Kayrat”ın üzvü Gerard Gohou da 21 qolla eyni qədər xal yığıb.
Qeyd edək ki, Topaz Premyer Liqasının bombardiri Baqali Dabonun hesabında 7 qol var. “Qəbələ”nin fransalı hücumçusu liderlərdən uzaqda qərarlaşıb.