Çempionlar Liqasının pley-off mərhələsinin “Kopenhagen”lə ilk oyunu “Qarabağ”ın futbolçusu Bədavi Hüseynov üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, milliləşən legioner avrokuboklarda 40-cı matçına çıxacaq.
Qitəmiqyaslı turnirlərdə yalnız Ağdam klubunun formasını geyinən müdafiəçi indiyədək 39 oyun keçirib. 2013/14 mövsümündə Avropa Liqasında şans qazanmaqla debütünü gerçəkləşdirən Hüseynov 4 ildə 39 matç keçirsə də, qol sevinci yaşamayıb.
Çempionlar Liqasında 12, Avropa Liqasında 27 dəfə meydana çıxan Bədavi 4 sarı vərəqə ilə cəzalanıb. Bunlardan ikisi Çempionlar Liqası, ikisi Avropa Liqasına təsadüf edib.