[b]Bədavi Hüseynovun gözlədiyi oyun[/b]
16.08.2016 - 11:30
[b]Bədavi Hüseynovun gözlədiyi oyun[/b]

Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Bədavi Hüseynov 30-cu avrokubok matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının pley-off mərhələsinin “Höteborq”la İsveçdəki ilk qarşılaşması milliləşən rusiyalı üçün yubileylə əlamətdar olacaq.

 

Qitə miqyaslı turnirlərdə yalnız bir klubun şərəfini qoruyan 25 yaşlı müdafiəçi indiyədək 29 matça çıxıb. Bu qarşılaşmalardan 12-si Çempionlar Liqası, 17-si Avropa Liqasına təsadüf edib.

 

Onun qitə kuboklarında debütü isə 2013-cü il iyulun 25-nə təsadüf edib. Həmin gün “Qarabağ” Polşada “Pyast”la heç-heçə edib – 2:2.

 

Hüseynovun komanda yoldaşı Elvin Yunuszadə isə meydana çıxsa, 20-ci avrokubok görüşündə iştirak edəcək. Əvvəlki 19 matçdan 16-da “Neftçi”, 3-də “Qarabağ”ın şərəfini qoruyan müdafiəçinin debütü də paytaxt klubunda gerçəkləşib.

 

Yunuszadə 2012-ci il iyulun 17-də “Neftçi”nin Gürcüstan “Zestafoni”si üzərində qələbəsində (3:0) pay sahibi olub. O, Çempionlar Liqasının 8, Avropa Liqasının 11 görüşündə iştirak edib.