“Neftçi”nin Müşahidə Şurasının üzvü Bəhram Bağırzadə istefa verib. Apasport.az saytı xəbər verir ki, Bağırzadə bu barədə özünün feysbuk səhifəsində açıqlayıb.
Komandanın uğursuz çıxışına görə futbolçuları günahlandıran Bağırzadə bu üzdən istefa verdiyini bildirib.
Bağırzadə, həmçinin nəticələrə görə, azarkeşlərdən də üzr istəyib: “Özümü dərk etdiyim həyatım boyu “Neftçi”nin sadiq azarkeşi olmuşam. Bir neçə il əvvəl bu əfsanəvi komandanın Müşahidə Şurasının üzvlərindən biri olmaq şərəfinə layiq görüldüm. Çalışırdım ki, “Nefçi”nin azarkeşlərini yenidən stadionlara qaytarmağa kömək edim. Lakin əfsuslar olsun ki, mənim bütün səylərim faydasız oldu. Çünki onlar üçün gözəl şərait yaradılmış futbolçular “Netçi”nin yüksək adına uyğun olmaq istəmirlər! “Neftçi”nin çoxsaylı azarkeşlərinin gözlərində ləyaqətsiz görünmək və meydançada bir-birinin ardınca səbəbsiz yerə uduzan futbolçuların dəhşətli uğursuzluqlarına görə qızarmaq istəmirəm. Öz adımdan bütün azarkeşlərə “Netçi”nin oyunlarına görə aldıqları böyük məyusluq hisslərinə görə səmimi qəlbdən üzr istəyirəm. Qəti surətdə qalib olmaq istəməyənləri məcburən qalib olmağa vadar etmək mümkün deyil! Bu vəziyyətlə əlaqədar istefa verirəm və “Netçi”nin Müşahidə Şurasından gedirəm. Bu qərarı böyük ürək ağrısı ilə verdim”.
Klubun rəsmi internet saytı Bağırzadənin istefasının qəbul edildiyini bəyan edib: “Neftçi” PFK-nın Müşahidə Şurasının məlumatına əsasən, şura üzvü Bəhram Bağırzadə öz istəyi ilə üzvlük səlahiyyətlərinin icrasını dayandırıb. “Neftçi” PFK Bəhram Bağırzadəyə Müşahidə Şurasındakı fəaliyyətinə görə təşəkkür edir və ona gələcək işlərində uğurlar arzulayır”.