[b]Belçika yığması Bakıya gəlir[/b]
17.03.2016 - 09:25
[b]Belçika yığması Bakıya gəlir[/b]

Azərbaycanda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinə yüksələn ilk komandanın adı bəlli olub. Apasport.az saytının məlumatına görə, meydan sahibi kimi yarışa birbaşa qatılacaq yığmamızla birlikdə çempionatda iştirak edəcək 15 komandadan birincisi Belçika olub.

 

Onlar buna elit-raundun 8-ci qrupunun qalibi kimi nail olub. İsrail, Sloveniya və İsraillə eyni qrupda çıxış edən beıçikalılar dramatik mübarizədə 1-ci olub.

 

Belə ki, həm İspaniya, həm də Belçika İsraili 1:0 hesabı ilə məğlub edib, Sloveniya ilə qolsuz heç-heçəyə imza atıb. Son turda üz-üzə gələn rəqiblərin oyununda da qalib müəyyənləşmədiyindən 1-ci yerin taleyinə oyunsonrası penaltilər aydınlıq gətirib. 4:3 hesabı ilə qalib gələn Belçika bu ilin mayında Bakıda baş tutacaq AVRO-2016-ya vəsiqə əldə edib.

 

Qrup ikincisi olan İspaniyanın vəsiqəsi rəsmiləşməsə də, böyük ehtimalla həlledici yarışa qatılacaq. Çünki 8 qrupda 2-ci yer sahiblərindən 7-si də final mərhələsinə yüksələcək. 5 xala malik İspaniyanın isə ən zəif nəticə göstərib, kənarda qalan komanda olmayacağı daha inandırıcıdı.

 

1

Belçika

3

1

2

0

1-0

5

2

İspaniya

3

1

2

0

1-0

5

3

Sloveniya

3

0

3

0

1-1

3

4

İsrail

3

0

1

2

1-3

1