[b]Belfastdakı eniş[/b]
18.11.2016 - 16:47
[b]Belfastdakı eniş[/b]

Milli komandaların FİFA reytinqi ilə bağlı təxmini siyahı açıqlanıb. Apasport.az saytının məlumatına görə, ehtimallar əsasında qurulan cədvəl Azərbaycan milisinin mövqeyinə də aydınlıq gətirib.

 

Bu siyahıya nəzər salsaq, DÇ-2018-in noyabrın 11-də Şimali İrlandiya ilə səfər oyunundakı 0:4 hesablı darmadağın yığmamızın həm xalına, həm də mövqeyinə təsir edib.

 

Son reytinq siyahısında 404 xalı olan millimiz 18 xal itirdiksən sonra bu rəqəm 386-ya enib. Komandamız 88-ci pilləni də əldən verib. Yığmamız Belfastdakı məğlubiyyətə görə 2 addımlıq eniş edib. Robert Prosineçkinin yetirmələri artıq 90-cı yerdədi.

 

Nəticədə komandamızı iki yığma – Qətər və Ermənistan millimizi arxada qoyub.

 

Millimiz və “qonşular”ı

84 (74). Farer adaları - 422

84 (81). Norveç - 422

86 (76). Liviya – 417

87 (125). Ermənistan – 412

88 (91). Qətər - 409

89 (85). Keniya - 397

90 (88). Azərbaycan - 386

91 (93). Toqo – 374

92 (94). Zambiya – 374

93 (101). Finlandiya – 368

94 (96). Suriya – 363

95 (80). Boliviya - 359

 

Təxmini siyahıya əsasən dünyanın ən güclü 10 komandasının mövqeyində də müəyyən dəyişikliklər qeydə alınıb. Argentina zirvədə qalsa da, Almaniya 2-ci sıranı əldən verib. Nəticədə Braziliya 2-ci yerə yüksəlib. Bundan başqa, Çili 2 addım irəliləyibsə, Belçika və Kolumbiya 1 addım geriləyib.

 

İlk “onluq”

1 (1). Argentina – 1634

2 (3). Braziliya – 1544

3 (2). Almaniya – 1433

4 (6). Çili – 1404

5 (4). Belçika – 1368

6 (5). Kolumbiya – 1345

7 (7). Fransa – 1305

8 (8). Portuqaliya – 1229

9 (9). Uruqvay – 1187

10 (10). İspaniya – 1166

 

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya ilə San-Marino 1, Çexiya və Şimali irlandiya 3 pillə geriləyib. Yığmamıza 4 qol vuran Şimali İrlandiya 4 pillə irəliləyib.

 

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu

3 (2). Almaniya – 1433

32 (36). Şimali İrlandiya - 767

43 (40). Çexiya - 671

84 (81). Norveç - 422

202 (201). San-Marino – 17

 

Qeyd edək ki, qonşu Türkiyə yığması 24-cü yerə yüksəlib. 1 pillə irəliləyən “ay-ulduzlular” 851 xala malikdi.