[b]Benzema derbiyə hazırdı[/b]
17.11.2016 - 17:24
[b]Benzema derbiyə hazırdı[/b]

Madrid “Real”ının futbolçusu Kərim Benzemanın “Atletiko” ilə çempionat görüşündə oynayıb-oynamayacağına aydınlıq gəlib. Apasport.az saytı “Marca”ya istinadən xəbər verir ki, zədəsini tam sağaldan fransalı hücumçu derbidə iştirak edə biləcək.

 

Belə ki, Benzema kollektivlə birgə məşqlərə qatılıb. Futbolçu özünü yaxşı hiss etdiyini və oynamağa hazır olduğunu təsdiqləyib.

 

Qeyd edək ki, “Atletiko” – “Real” qarşılaşması noyabrın 19-da keçiriləcək.