[b]Benzema milliyə qayıdır?[/b]
22.11.2016 - 18:53
[b]Benzema milliyə qayıdır?[/b]

Fransa yığmasının baş məşqçisi Didye Deşam Madrid “Real”ının hücumçusu Kərim Benzema ilə bağlı danışıb. Apasport.az saytı xəbər verir ki, yerli telekanallardan birinə açıqlama verən təcrübəli çalışdırıcı Benzemanın milliyə qaytarılması variantını istisna etməyib.

 

Deşam ehtiyac olacağı halda, Kərimə dəvət göndərəcəyini bildirib. O, Benzemanı Fransa üçün lazımlı oyunçu adlandırıb.

 

Qeyd edək ki, Kərim Benzema sonuncu dəfə ötən ilin oktyabr ayında Fransa yığmasına çağırılıb.