[b]Bəxtsiz Ramaldanov[/b]
04.03.2017 - 21:38
[b]Bəxtsiz Ramaldanov[/b]

Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində baş tutan “İnter” – “Qəbələ” oyununda qonaqlar məcburi əvəzetməyə əl atmalı olublar. Apasport.az saytının məlumatına görə, görüşün 64-cü dəqiqəsində Rasim Ramaldanovu Rəşad Sadiqov əvəzləyib.

 

Adi oyun epizodunda heç bir müdaxilə olmadan əzələsindən ağrı hiss edən müdafiəçi məşqçilər korpusundan meydandan çıxarılmasını xahiş edib.

 

“Qəbələ”yə gəldikdən bəri uğursuzluqlarla üzləşən Ramaldanov meydana çıxdığı 3-cü oyunda 2-ci dəfə görüşü tam başa vura bilməyib.

 

Qeyd edək ki, “qırmızı-qara” forma ilə meydana çıxdığı ilk matçda “Zirə” ilə XVIII turun oyununda iki sarı vərəqə alaraq oyunu tərk edən Rasim növbəti turu cəza səbəbindən buraxmalı olmuşdu. O, yalnız XX turda “Kəpəz”lə görüşdə 90 dəqiqə meydanda olub.