[b]Beyl “Barselona” ilə oyunu buraxacaq[/b]
24.11.2016 - 12:53
Madrid “Real”ının futbolçusu Qaret Beylin “El-Klasiko”da iştirak edib-etməyəcəyi dəqiqləşib. Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, uelsli yarımmüdafiəçi “Barselona” ilə qarşılaşmada meydana çıxmayacaq.
Topuğundan zədələnən Beylin əməliyyat olunacağı istisna edilmir. Həkimlər bu barədə yekun qərarı 2 gün ərzində verəcəklər.
Beylin əməliyyata ehtiyacı olmasa, o, dekabrın ortalarında sıraya dönəcək. Əks təqdirdə isə ulduz futbolçunun yaşıl meydanlara qayıdışı gələn ilə təsadüf edəcək.
Qeyd edək ki, “Barselona” – “Real” matçı dekabrın 3-də keçiriləcək.
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
0
0