[b]Bir medal, üç iddiaçı, doqquz variant[/b]
16.05.2016 - 12:11
[b]Bir medal, üç iddiaçı, doqquz variant[/b]

Qızıl və gümüş mükafatçısı bəlli olduğundan intriqası ölən Topaz Premyer Liqasının son turu bürünc medal baxımında maraq kəsb edir. Apasport.az saytının məlumatına görə, XXXV turdan sonra hesabında 56 xal olan 3 komanda – “İnter”, “Qəbələ” və “Kəpəz” mayın 21-də 3-5-ci yerlərin taleyinə aydınlıq gətirəcək.

 

Sonuncular Gəncədə öz aralarında üz-üzə gələcəksə, “bankirlər” “Zirə”ni qəbul edəcək. Bu 2 qarşılaşmada 9 müxtəlif variant mümkündü.

 

Həmin variantları nəzərdən keçirməzdən öncə bu komandaların xallarının bərabər olacağı halda, elə indiki durumda da sıralamasına baxmaq lazımdı. Hazırda 56 xalı olan komandalar öz aralarındakı matçların nəticəsinə əsasən sıralanıb. “Kəpəz”dən 8, “Qəbələ”dən 5 xal alan “İnter” “üçlük”də hamıdan üstündü. Gəncəlilər Qəbələnin eyniadlı təmsilçisindən 6 xal alıbsa, 3-nü itirib. “Üçlük” hesabında onların hər ikisinin 8 xalı olsa da, bu oyunlarda “Kəpəz” müsbət, “Qəbələ” mənfi top fərqinə malikdi.

 

Bir sözlə, 3 komandanın eyni xalı varsa və yekunda da belə olarsa, “İnter” 3-cü, “Kəpəz” 4-cü, “Qəbələ” 5-ci olur. Belə də sonuncu iki komanda Avropa Liqasına gedir, “İnter”in isə cəzası başa çatır. Bu variant yalnız hər iki oyunun heç-heçə bitəcəyi halda mümkündü.

 

Gəncədəki bərabərlik “İnter”in də işinə yarayır. Çünki onda bakılılar həm qələbə, həm heç-heçə ilə 3-cü olur və yalnız uduzsa, 5-ci yerə enir. Bu isə onların cəzasının silinməyib. Gələn mövsümə qalması ilə nəticələnə bilər. Təbii ki, əgər “Neftçi” kuboku qazansa. Bu halda, 3-cü yer “Qəbələ” ilə şəxsi oyunlarda üstün olan “Kəpəz”indi.

 

Əslində, son tur öncəsi “Qəbələ”nin işi daha asandı. Roman Qriqorçukun yetirmələri son turda “Kəpəz”i məğlub etsə, digər matçdan asılı olmayaraq 3-cü yeri tutacaq. “Qəbələ” qalib gəlsə, istənilən halda “İnter” 4-cü, “Kəpəz” 5-ci olacaq. Bütün variantlarda da “bankirlər”in cəzası silinəcək.

 

“Kəpəz” qalib gəlsə, ən pis halda 4-cü olacaq və “Qəbələ” 5-ci yerlə kifayətlənəcək. Şahin Diniyevin yetirmələri 3 xal əldə edib, “İnter”in büdrəməsinə ümid etməlidi. Çünki “bankirlər” qələbə qazansa, şəxsi oyunlarda “Kəpəz”i üstələyib 3-cü olacaq. Bakıda heç-heçə olsa, “İnter” 4-cü yerlə kifayətlənəcək. “Qəbələ” hər iki halda 5-ci pillədə qalacaq. Lakin sonuncular Gəncədə uduzub, irəliləyə də bilər. Bunun üçün “Zirə” “İnter”i üstələməlidi.

 

Belə olarsa, şəxsi oyunlara görə əyalət klubu Zaur Svanadzenin yetirmələrini arxada qoyacaq və sonuncular avrokuboklarla bağlı cəzanın silinməməyi təhlükəsi ilə üzləşəcək.

 

 

“İnter”-“Zirə”

“Kəpəz”-“Qəbələ”

III yer

IV yer

V yer

1

1

“İnter”

“Kəpəz”

“Qəbələ”

1

X

“İnter”

“Kəpəz”

“Qəbələ”

1

2

“Qəbələ”

“İnter”

“Kəpəz”

x

1

“Kəpəz”

“İnter”

“Qəbələ”

x

X

“İnter”

“Kəpəz”

“Qəbələ”

x

2

“Qəbələ”

“İnter”

“Kəpəz”

2

1

“Kəpəz”

“Qəbələ”

“İnter”

2

x

“Kəpəz”

“Qəbələ”

“İnter”

2

2

“Qəbələ”

“İnter”

“Kəpəz”

 

 

 

 

 

 

0