[b]Bir şirkətin adına 7-ci stadion...[/b]
14.06.2017 - 16:26
[b]Bir şirkətin adına 7-ci stadion...[/b]

“Yuventus”un stadionunun adı dəyişdirilib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, arena iyulun 1-dən etibarən “Allianz Stadium” adlanacaq.

 

“Allianz” şirkəti ilə “qoca sinyora” rəhbərliyi arasında keçirilən görüşün yekununda sponsorluq müqaviləsi imzalanıb. Anlaşmaya görə, “Yuventus” stadionu qarşıdakı 6 mövsümdə “Allianz Stadium” adını daşıyacaq.

 

Bununla “Allianz”ın sponsorluq etdiyi stadion sayı 7-yə yüksəlib. Belə ki, Münhen (“Allianz Arena”), Sidney (“Allianz Stadium”), London (“Allianz Park”), Nitsa (“Allianz Rivera”), Sao Paulo (“Allianz Park”) və Vyanadakı (“Allianz”) stadiona da adıçəkilən şirkət sponsorluq edir.