[b]Biri oynadı, biri yox[/b]
31.12.2016 - 14:37
[b]Biri oynadı, biri yox[/b]

Portuqaliyanın "Boavişta" klubu yoxlama oyununda qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçular – Kamran Ağayevlə Emin Mahmudovun komandası aşağı liqa təmsilçisi "Penafiel" ilə qarşılaşıb.

 

Oyun "Boavişta"nın qələbəsi ilə bitib - 1:0.

 

Emin bu matça start heyətində başlayıb və fasilədə əvəzlənib. Kamran isə hazırda Azərbaycanda olduğundan, oyunun iştirakçısı olmayıb.