[b]Birillik icarə üçün 20 milyonluq təklif[/b]
15.06.2017 - 12:38
[b]Birillik icarə üçün 20 milyonluq təklif[/b]

“Torino”nun hücumçusu Andrea Belotti karyerasını “Milan”da davam etdirə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “rossonyerlər” 23 yaşlı forvardı heyətinə qatmaqda israrlıdı.

 

Turinlilər İtaliya millisinin üzvünün transfer qiymətinin 100 milyon avro olduğunu bəyan etsələr də, “Milan” onu 80 milyona ala bilər. Belə ki, klub Belottini öncə 1 il müddətinə icarəyə götürmək niyyətindədi. Bunun üçün isə qarşı tərəfə 20 milyon avro təklif edib. Bir ilin sonunda isə futbolçu “Torino”ya daha 60 milyon avro qazandıraraq, “Milan”a transfer oluna bilər.

 

Qeyd edək ki, Andrea Belotti ötən mövsüm A seriyasında meydana çıxdığı 35 matçda 26 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.