Futbol üzrə Azərbaycan Birinci Divizionunda 26-cı tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, son tur 3-cü yerin sahibini də müəyyənləşdirib.
Qızıl medalları bir neçə tur öncədən təmin etmiş “Neftçala” və gümüş medallara yiyələnən “Qaradağ Lökbatan”ın ardından çempionatı 3-cü pillənin sahibi kimi “Ağsu” tamamlayıb.
MOİK və “Ağsu”nun xalları eyni olsa da, şəxsi oyunlarda ikinci öndədir.
Qeyd edək ki, son tur komandalar arasındakı matçlarda fantastik hesabların qeydə alınması ilə də diqqət çəkib. Belə ki, “Neftçala” öz meydanında “Energetik”in qapısından 10 cavabsız qol keçiribsə, MOİK də doğma arenada “Şahdağ”ı 9:1 hesabı ilə məğlub edərək, meydana çıxmağa peşman edib.
Birinci Divizionda 2015/2016-cı illər mövsümünün bombardiri aktivində 24 qolu olan Röyal Nəcəfovdur (MOİK). O, “Şahdağ”la oyunda 6 qol birdən vurub. İkinci sırada yer alan gürcü legioner David Janelidze isə Mingəçevir təmsilçisinin qapısından 5 top keçirib.
Birinci Divizion
26-cı tur
13 may
“Bakılı” - “Göyəzən” - 2:2
Qollar: Ramil Həşimzadə, 15, Əbülfət Abbasov, 31 - Vüsal İbrahimov, 55. Arzuman Vəliyev, 84.
“Neftçala” - “Energetik” - 10:0
Qollar: Aqşin Muxtaroğlu, 14. David Janelidze, 22; 33; 49; 72; 77, Məhəmməd Xəlilov, 64. Elvin Adışirinli, 70. Məlikməmməd Abbasov, 76. Məhəmməd Alıyev, 89.
“Turan” - “Şəmkir” - 1:0
Qol: Azər Məmmədov, 63.
“Qaradağ Lökbatan” - “Mil-Muğan” - 1:0
Qol: Cavid Muxtarzadə, 20.
“Zaqatala” - “Ağsu” - 1:1
Qollar: Elvin Nəsibov, 14 - Qalib Əmrahov, 73.
MOİK - “Şahdağ” - 9:1
Qollar: Röyal Nəcəfov, 7; 12; 17; 49; 52; 65-pen. Orxan Həsənov, 62. Sənan Bayramzadə, 81. Fuad Məmmədzadə, 83 - Sərxan Ağayev, 51-pen.
Yekun cədvəl
|
N |
Klublar |
O |
Q |
H |
M |
T-F |
X |
|
1 |
Neftçala |
26 |
20 |
2 |
4 |
74-20 |
62 |
|
2 |
Qaradağ Lökbatan |
26 |
18 |
4 |
4 |
59-28 |
58 |
|
3 |
Ağsu |
26 |
13 |
8 |
5 |
46-29 |
47 |
|
4 |
MOİK |
26 |
14 |
5 |
7 |
53-24 |
47 |
|
5 |
Şəmkir |
26 |
10 |
8 |
8 |
30-24 |
38 |
|
6 |
Zaqatala |
26 |
9 |
9 |
8 |
47-36 |
36 |
|
7 |
Turan Tovuz |
26 |
10 |
6 |
10 |
35-31 |
36 |
|
8 |
Mil-Muğan |
26 |
8 |
8 |
10 |
28-26 |
32 |
|
9 |
Bakılı |
26 |
8 |
6 |
12 |
34-46 |
30 |
|
10 |
Şahdağ |
26 |
8 |
6 |
12 |
31-54 |
30 |
|
11 |
Şərurspor |
26 |
8 |
4 |
14 |
45-44 |
28 |
|
12 |
Göyəzən |
26 |
3 |
8 |
15 |
17-42 |
17 |
|
13 |
Energetik |
26 |
4 |
3 |
19 |
14-100 |
15 |
|
14 |
Bakı |
26 |
9 |
3 |
14 |
33-42 |
1 |
|
Qeyd: FİFA-nın İntizam Komitəsinin qərarına əsasən “Bakı”nın 15 xalı silinib. Bombardirlər: Röyal Nəcəfov (MOİK) – 24 qol, David Janelidze ("Neftçala") - 21 qol |
|||||||
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi