[b]Boliviya da Argentina ilə bacarmadı[/b]
15.06.2016 - 11:30
[b]Boliviya da Argentina ilə bacarmadı[/b]

Amerika Kuboku-2016-da qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, bu gün səhər D qrupunda son turun qarşılaşmaları oynanılıb.

 

İlk iki qarşılaşmasını itkisiz keçirən Argentinanın növbəti qurbanı Boliviya olub. "Tanqoçular" ilk hissədə vurduqları 3 cavabsız qolla qalib gələrək, qrup mərhələsini 9 xalla tamamlayan yeganə komanda olub.

 

Digər cütlükdə isə Çili bol qollu görüşdə Panamanı məğlub edərək, yoluna davam edib.

 

Bu nəticələrdən sonra Argentina qrupu 1-ci, Çili isə 2-ci pillədə tamamlayaraq, 1/4 finala vəsiqə əldə edib.

 

 

Amerika Kuboku - 2016

Qrup mərhələsi, III tur

D qrupu

 

Çili - Panama - 4:2

Qollar: Varqas, 15, 43; Aleksis Sançes, 53, 89 - Kamarqo, 5; Arroyo, 75

 

Argentina - Boliviya - 3:0

Qollar: Lamela, 13; Lavezzi, 15; Kuesta, 32

 

1.

Argentina

3

3

0

0

10-1

9

2.

Çili

3

2

0

1

7-5

6

3.

Panama

3

1

0

2

4-10

3

4.

Boliviya

3

0

0

3

2-7

0