Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında limit pozuntusu qeydə alınıb. Apasport.az saytının məlumatına görə, hadisə çempionatın V turu çərçivəsində keçirilən “Zirə” – “Rəvan” matçında yaşanıb.
Buna ev sahiblərinin bolqarıstanlı baş məşqçi Kamen Vasilyevin heyəti düzgün müəyyənləşdirməməyi səbəb olub. Belə ki, Əsasnaməyə uyğun olaraq, komandaların heyətində meydançada 8 nəfərdən az olmayaraq 1994-cü il və ya daha gənc təvəllüdlü (Azərbaycan vətəndaşı) futbolçular daxil edilməlidi. Ancaq əcnəbi çalışdırıcı onlardan birini “ixtisar”a salaraq, limiti pozub. Bu isə 1:0 hesabı ilə qalib gələn “Zirə”yə texniki məğlubiyyət bahasına başa gələcək.
Qayda pozuntusuna sentyabrın 22-də keçiriləcək İntizam Komitəsinin iclasında baxılacaq və müvafiq qərar veriləcək.
Qeyd edək ki, “Zirə” 4 matçdan 7, “Rəvan” isə 6 xal toplayıb.
- “Fənərbaxça”da İsmail Kartal dönəmi başa çatdı - RƏSMİ - YENİLƏNİB
- "Fənərbaxça"dan sonra “Qalatasaray” da açıqlama yaydı: “Sonda yenə yaxşılar qalib gələr”
- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal