[b]Bombardirlərin 12 uğuru: “Qəbələ” hamıya nümunədi[/b]
21.12.2016 - 13:28
[b]Bombardirlərin 12 uğuru: “Qəbələ” hamıya nümunədi[/b]

Topaz Premyer Liqasının 14 turunda cəmi 1 het-trik və 11 dubl qeydə alınıb. Apasport.az saytının məlumatına görə, bombardirlik həvəsində olanların bu 12 uğuru vur-tut 4 komandanın hesabındadı.

 

“Qəbələ” isə hamıya nümunə ola bilər. Yeganə het-trik və dubllardan 4-ü “qırmızı-qaralar”ın hesabındadı. İki dəfə diqqət mərkəzinə düşən yeganə oyunçu da bu klubun üzvüdü. Həm het-trik, həm dubl müəllifi olan Baqali Dabo məhz bunun sayəsində bombardirlər yarışının zirvəsindədi.

 

Hansısa oyunda bombardirlik keyfiyyəti göstərən digər 10 oyunçu isə hərəyə 1 dublla fərqlənib. Ruslan Qurbanov, Teo Uiks və Sergey Zenyov bir matçda 2 qol vurmağı bacaranlardı.

 

Çempionatın ilk “üçlüy”ündə yer alan “Qarabağ”la “İnter”in hərəsinin üzvləri 3 dubla seviniblər. Ağdam klubunda Maksim Medvedev, Rahid Əmirquliyev və Reynaldo Silva bunu gerçəkləşdirib. “Bankirlər”də isə Rauf Əliyev, Nizami Hacıyev və Ruslan Abışov dubl müəllifi olub.

 

Liderlərdən başqa, yalnız “Zirə” azarkeşləri bir futbolçunun 2 qol vurmasını görüb. Bunu da Gerhard Proqni reallaşdırıb. Digər 4 komanda – “Neftçi”, “Kəpəz”, “Sumqayıt” və AZAL isə het-trik və dubl həsrətindədi.