[b]Bonillanın komandası Ermənistana böyük hesabla uduzdu[/b]
02.06.2016 - 09:16
“Zirə”nin futbolçusu Nelson Bonilla Salvador yığmasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, mərkəzi amerikalının şərəfini qoruduğu milli Ermənistanla qarşılaşıb.
Matç ABŞ-ın Los-Anceles şəhərində keçirilib. Yoldaşlıq oyunu salvadorluların darmadağını ilə başa çatıb. Belə ki, Bonilla və komandası 0:4 hesabı ilə uduzublar. Topaz Premyer Liqasının ötən mövsümünü bombardirlər yarışında 2-ci olan Nelson bu qarşılaşmaya start heyətində çıxıb.
0
0