Topaz Premyer Liqasının bombardiri Nelson Bonilla mövsümün sonunda Azərbaycanı tərk edə bilər. Apasport.az saytının məlumatına görə, Avropanın bir sıra klublarının maraq dairəsinə düşən “Zirə”nin salvadorlu hücumçunun müştərilərindən biri bəlli olub.
Belə ki, Serbiyanın “Partizan” klubu Bonillanı heyətinə qatmaq fikrinə düşüb. Belqrad təmsilçisi Nelsona ildə 300 min avro təklif edir.
Serbiyalı həmkarlarımız Azərbaycanda ayda 1500 dollar qazanan hücumçunun sərfəli təklifdən imtina etməyəcəyini iddia edir.
Qeyd edək ki, “Zirə”yə 2015-ci ilin yayında keçən Bonilla paytaxt klubunun heyətində 17 qol vurub. Bunların 14-nə çempionatda imza atan mərkəzi amerikalı Premyer Liqada hamıdan çox fərqlənib.