[b]Böyükağa Hacıyev: Xələfi Foqtsun əziyyətini çəkəcək[/b]
17.10.2014 - 09:52
[b]Böyükağa Hacıyev: Xələfi Foqtsun əziyyətini çəkəcək[/b]

“Foqts Azərbaycan millisini çoxdan tərk etməli idi. O, istefa vermək üçün gecikmişdi. Axır ki, onu başa salan oldu ki, sən artıq getməlisən”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyev deyib.

 

O, Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun istefasına münasibət bildirib: “Foqts bu nəticələrdən sonra Azərbaycanda qala bilməzdi. İndi yeni gələcək məşqçi Foqtsun əziyyətini çəkəcək. Bizim yığmanın futbolçularının psixologiyasını dəyişmək lazımdı. Onlar hazırda ancaq “məğlub olacağıq” deyə, psixologiya ilə yaşayırlar. Foqts yığmaya o qədər ziyan vurdu ki... İndi yeni gələcək məşqçi bizim futbolçuların psixologiyasına, oyun tərzinə bələd olmalıdı. İstər yerli, istərsə də əcnəbi məşqçi”. 

0