Amerika Kuboku-2016-da növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, bu gün B qrupunda II turun görüşləri keçirilib.
İlk matçda Ekvadorla gözlənilmədən heç-heçə edən Braziliya bunun əvəzini Haitidən çıxıb. Filipp Koutinyonun het-trik müəllifi olduğu qarşılaşmada “sambaçılar” rəqibi darmadağın ediblər. Qrupun digər matçında isə Ekvadorla Peru hərəyə 2 qol vuraraq, xalları yarı bölüblər.
Sabah səhər C qrupunda III turun oyunları baş tutacaq. Öncə Bakı vaxtı ilə saat 03:30-da Uruqvay – Venesuela, ardından isə 06:00-da Meksika – Yamayka qarşılaşması oynanılacaq.
Amerika Kuboku – 2016
Qrup mərhələsi, II tur
B qrupu
Braziliya – Haiti – 7:1
Qollar: Koutinyo, 14, 29, 90+2; Auqusto, 35, 86; Qabriel, 59; Lima, 67 – Marselin, 70
Ekvador – Peru – 2:2
Qollar: Valensiya, 39; Bolanos, 48 – Kueva, 5; Flores, 13
|
1. |
Braziliya |
2 |
1 |
1 |
0 |
7-1 |
4 |
|
2. |
Peru |
2 |
1 |
1 |
0 |
3-2 |
4 |
|
3. |
Ekvador |
2 |
0 |
2 |
0 |
2-2 |
2 |
|
4. |
Haiti |
2 |
0 |
0 |
2 |
1-8 |
0 |