[b]Braziliya millisi qrupda qaldı[/b]
13.06.2016 - 09:16
[b]Braziliya millisi qrupda qaldı[/b]

Amerika Kuboku – 2016-da bu gün səhər növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, B qrupunda son tur sensasiya ilə nəticələnib.

 

Gözlənilmədən Peruya məğlub olan Braziliya yığması qrupu 3-cü pillədə tamamlayıb və növbəti mərhələyə adlaya bilməyib. Digər görüşdə isə Ekvador Haitini asanlıqla üstələyib. Bu hesablardan sonra Peru və Ekvador milliləri 1/4 finala vəsiqə qazanıblar.

 

Sabah isə C qrupunda III turun qarşılaşmaları baş tutacaq. Öncə Meksika Venesuela ilə (Bakı vaxtı ilə saat 04:00), ardından isə Uruqvay Yamayka ilə (06:00) üz-üzə gələcək.

 

Amerika Kuboku – 2016

Qrup mərhələsi

B qrupu, III tur

 

Ekvador – Haiti – 4:0

Qollar: Enner Valensiya, 11; Ayovi, 20; Noboa, 57; Antonio Valensiya, 78

 

Braziliya – Peru – 0:1

Qol: Ruidiaz, 75

 

1.

Peru

3

2

1

0

4-2

7

2.

Ekvador

3

1

2

0

6-2

5

3.

Braziliya

3

1

1

1

7-2

4

4.

Haiti

3

0

0

3

1-12

0