[b]Braziliyalı futbolçu karyerasını bitirir[/b]
25.11.2016 - 14:18
[b]Braziliyalı futbolçu karyerasını bitirir[/b]

Braziliya yığmasının sabiq futbolçusu, “Santos”un yarımmüdafiəçisi Elano Blumer karyerasını bitirməyə qərar verib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “sambaçı”nın özü məlumat yayıb.

 

O bildirib ki, 2016-cı ilin sonunda butslarını mismardan asacaq. 35 yaşlı oyunçu gələn ildən “Santos”da köməkçi məşqçi kimi fəaliyyət göstərəcək.

 

Qeyd edək ki, 2004-2011-ci illər ərzində Braziliya yığmasında 50 oyunda 9 qol vuran Elano karyerası ərzində “Mançester Siti”, “Qalatasaray” və “Şaxtyor” kimi klubların da formasını geyinib.