Azərbaycan Premyer Liqasının XX turu növbəti avtoqolla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Kəpəz” – “Qəbələ” oyununda qonaqların bərabərlik qolunu Gəncə təmsilçisinin üzvü vurub.
Belə ki, 54-cü dəqiqədə Renan Silva topu öz qapısından keçirib – 1:1.
Bununla da braziliyalıların xoşagəlməz ənənəsi davam edib. Məsələ ondadı ki, cari mövsüm Premyer Liqadakı bütün avtoqolları “sambaçı”lar vurub.
“Neftçi”nin müdafiəçisi Jairo Rodriges “Qarabağ”la iki, “Qəbələ” ilə bir oyunda xətaya yol verməklə ümumilikdə 3 dəfə avtoqol müəllifi olub. Ötən turda isə Denis Silva “İnter”in “Zirə” ilə matçında sonuncuları sevindirmişdi.