[b]Braziliyalılara qoşulan gürcü[/b]
06.03.2017 - 01:19
[b]Braziliyalılara qoşulan gürcü[/b]

Azərbaycan Premyer Liqasının XXI turu növbəti avtoqolla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Neftçi” – “Zirə” oyununda qonaqların bərabərlik qolunu “ağ-qaralar”ın üzvü vurub.

 

Belə ki, 62-ci dəqiqədə Georgi Navalovski topu öz qapısından keçirib – 1:1.

 

Bununla da Premyer Liqamızdakı braziliyalıların xoşagəlməz ənənəsinə gürcü futbolçu da qoşulub. Çünki daha əvvəl qeydə alınmış 5 avtoqolun müəllifi məhz cənubi amerikalılar olmuşdu.

 

“Neftçi”nin müdafiəçisi Jairo Rodriges “Qarabağ”la iki, “Qəbələ” ilə bir oyunda xətaya yol verməklə ümumilikdə 3 dəfə avtoqol müəllifi olub. XIX turda Denis Silva “İnter”in “Zirə” ilə matçında sonuncuları, ötən tur isə “Kəpəz” – “Qəbələ” oyununda Renan Silva qonaqları sevindirmişdi.

 

Qeyd edək ki, “Neftçi” – “Zirə” matçı qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.