[b]Bu gün Vəli Qasımovun ad günüdü[/b]
04.10.2017 - 16:09
[b]Bu gün Vəli Qasımovun ad günüdü[/b]

Bu gün "Neftçi”nin veteran futbolçusu Vəli Qasımovun doğum günüdü. Apasport.az saytının məlumatına görə, 1968-ci ildə dünyaya gəlmiş sabiq hücumçu 1987-1991-cı illər ərzində "ağ-qaralar”ın heyətində 165 oyun keçirib, 61 qol vurub.

 

1990-cı ildə Azərbaycanın ən yaxşı futbolçusu seçilən Qasımov Rusiyada “Spartak”la “Dinamo”, İspaniyada “Betis”, “Albasete” və “Esixe”, Portuqaliyada “Vitoriya” və “İmortal” klublarının da şərəfini qoruyub.

 

Milli komandada 1994-1998-ci illərdə 14 matça çıxan veteran futbolçu 2016-cı ildə “Neftçi” klubunun baş məşqçisi də işləyib.