[b]Budaq Nəsirov Portuqaliyada problemlə üzləşdi[/b]
08.08.2016 - 13:11
[b]Budaq Nəsirov Portuqaliyada problemlə üzləşdi[/b]

Azərbaycan yığmasının futbolçusu Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq B” yeni mövsümə start verib. Apasport.az saytının məlumatına görə, Lissabon təmsilçisi Portuqaliya çempionatının II dəstəsində ilk matçını keçirib.

 

Yarımmüdafiəçimizin komandası öz meydanında “Portimonense”yə uduzub – 1:2. Bu qarşılaşmada adı “18-liy”ə daxil edilməyən Nəsirovun kənarda qalmasının səbəbi məlum olub.

 

Belə ki, Portuqaliya klubu yeni transferini qeydiyyatdan keçirməkdə problemlə üzləşib. Nəsirovun Azərbaycandan göndərilməsi zəruri olan sənədləri yubanır. Bu üzdən “Sportinq” rəhbərliyi B komandasında çıxış edəcək gənc oyunçunun sənədlərini federasiyaya təqdim edə bilmir. Yalnız bundan sonra futbolçumuz çempionatda iştirak üçün lisenziya alacaq.

 

Qeyd edək ki, həmyerlimizin komandası növbəti oyununu avqustun 14-də keçirəcək. Həmin gün Lissabon klubu səfərdə “Kovilya” ilə üz-üzə gələcək.