Budaq Nəsirovun formasını geyindiyi “Sportinq”in B komandası Portuqaliya Sequnda Liqasında növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Lissabon təmsilçisi XIII turda “Olhanense”nin qonağı olub.
Meydana start heyətində daxil olan Budaq yeni komandasında qol hesabını da açmağa müvəffəq olub. Belə ki, o, hesab 1:1 olarkən, 83-cü dəqiqədə komandasını önə keçirən qola imza atıb. Lakin son saniyələrdə yenidən status-kvonu bərpa edən “Olhanense” 1 xal qazanmağa nail olub – 2:2.
Qeyd edək ki, bu nəticədən sonra “Sportinq” B topladığı 18 xalla 22 komanda arasında 10-cu pillədə qərarlaşır.
- “Fulhem” “Real”ın hücumçusu üçün danışıqlara başladı
- Foden "Mançester Siti"də qaldı – Yeni müqavilə imzaladı
- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı