[b]Buffon 600-ə çatdı[/b]
24.12.2016 - 11:05
[b]Buffon 600-ə çatdı[/b]

İtaliya Superkubokunda “Milan”da dünən keçirilən oyun “Yuventus”un qapıçısı Canluici Buffon üçün əlamətdar olub. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 38 yaşlı qolkiper Turin klubunun heyətində yubiley matçını keçirib.

 

Belə ki, “rossonyerlər”lə qarşılaşma Buffonun “qoca sinyora”da 600-cü oyunu olub.  

 

Qeyd edək ki, Buffon bu görüşlərdən 436-nı A seriyasında, 37-ni B seriyasında, 12-ni İtaliya kubokunda, 7-ni İtaliya Superkubokunda, 108-ni isə avrokuboklarda keçirib.